"Sabah" macarları topla döydü

Futbol
19 Yanvar 2019 - 18:39
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama oyununu keçirib.

Supersport.Az xəbər verir ki, Elşad Əhmədovun komandası 3-cü sınaq matçında Macarıstanın yüksək liqasında çıxış edən MTK klubunu 3:1 hesabı ilə məğlub edib.

İlk oyununda Türkiyə “Əskişəhərspor”una 1:0 hesabı ilə qalib gələn Premyer Liqamızın debütantı ikinci matçında Qazaxıstan “Tobol”u ilə heç-heçə edib – 2:2.

19 yanvar

Yoxlama oyunu
16:00. “Sabah” (Azərbaycan) – MTK (Macarıstan) - 3:1


Qollar: Vadim Abdullayev, 25, Marko Deviç, 30, Cavid İmamverdiyev, 90

Digər xəbərlər