UEFA-nın mənfi raportu: Azərbaycan ermənilərdən də geri qaldı

UEFA-nın mənfi raportu: Azərbaycan ermənilərdən də geri qaldı
Futbol, Eksklüziv
19 Yanvar 2019 - 12:20
UEFA qitə futboluyla bağlı araşdırma aparıb.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, raportda Azərbaycan futboluna dair mənfi məqamlar da yer alıb.

2015-2016 və 2017-2018 mövsümlərinin müqayisəsində milli çempionatımızda iştirakçı komandaların sayı azalıb. Azərbaycan premyer liqasında klublar 10-dan 8-ə düşüb. Ermənistanın vəziyyəti daha acınacaqlı olub. Düşmən ölkədə iştirakçı komandaların sayı 8-dən 6-ya enib (2016-2017, 2017-2018). Ermənistan bu baxımdan Avropada sonuncu yeri tutub. Hazırda isə Azərbaycan, Andorra, Latviya çempionatında 8, erməni yüksək liqasında 9 komanda yarışır. Litva A liqasında isə 6 klub iştirak edir. San Marino çempionatında 15, Cəbəlütarikdə 10 komanda yarışır.

Xatırladaq ki, Azərbaycanın ilk milli çempionatında 26 komanda mübarizə aparıb.



Digər xəbərlər