250 min avroluq azərbaycanlı futbolçu klub axtarışında

250 min avroluq azərbaycanlı futbolçu klub axtarışında
Futbol
17 Yanvar 2019 - 11:15
Supersport.Az-ın məlumatına görə, Kosovonun "Drita" klubunda çıxış edən Amit Quluzadə yeni komanda axtarır.

26 yaşlı yarımmüdafiəçi Qazaxıstanın "Atıray" kollektivinə keçmək istəmədiyini bildirib:

"Bu məlumat doğru deyil. Mən başqa ölkələrin klublarıyla danışıq aparıram. Bu siyahıda Qazaxıstan komandaları yoxdur".

Qeyd edək ki, Azərbaycan yığmasının sabiq futbolçusu karuerasında Türkiyə, Portuqaliya, Yunanıstan və Kosovo klublarının formasını geyib. Futbolçunun dəyəri 250 min avrodur.

Digər xəbərlər