İdmançımız məşhur arenada döyüşəcək: "Azərbaycan - Türkiyə ayrılmazdır"

İdmançımız məşhur arenada döyüşəcək: "Azərbaycan - Türkiyə ayrılmazdır"
Digər
17 Yanvar 2019 - 09:26
Supersport.Az-ın məlumatına görə, Azərbaycan əsilli Türkiyəni təmsil edən idmançı məşhur arenada döyüşə çıxacaq. 

Ruslan Qaracov, fevralın 2-də "Madison Square Garden"də "Championship Muaythai" kateqoriyasında amerikalı Yovan Banşameklə qarşılaşacaq.

İdmançı məşqçisi Rob Roqanın rəhbərliyilə döyüşə ciddi hazırlaşdığını bildirib.

Reytinqdə üçüncü sırada olan Muay Tay təmsilçisi mehmetcik üçün vuruşacağını bəyan edib:

"Mehmetciyin (Osmanlı və Türkiyədə xalq dilində əsgərlərin adı - red.) haqqını vermək mümkünsüzdür. 100 dəfə rinqə çıxsam, onların haqqını ödəyə bilmərəm. Mehmetciklər bizim rifahımızdır. "Ay ulduzlu" bayrağın hər zaman dağlğalanması üçün canlarını fəda edirlər. Uca Allahdan salamat qayıtmalaırnı istəyirəm. Bu döyüşdə onların adına vuruşacağam.

Serbiya, Türkiyə, Rusiya, Tailand və Çində mübarizə aparmışam. Bu döyüşdə qalib gəlsəm, "Glory"də döyüşəcəm  və çempionluğa namizəd olacağam.

Uşaqlıqda hər birimizin arzusu olur. Mən peşəkar, güclü döyüşçü olmağı istəyirdim. 14 ildir ki, idmandayam. Kiçik yaşlarımdan qürbətdə özümü müdafiə etməyin vacibliyini anladım və bu idman növünü seçdim. Çox çalışmaq və daim öyrənməklə bunu bacardım".

"Mənim örnək götürdüyüm idmançı Badr Hari" deyən Qaracov, qarşıdakı döyüşdə qələbə qazanarsa, Harinin onu tanıyacağını və dünyanın ən böyük arenasına dəvət ediləcəyini deyib.

Hari ilə İstanbulda görüşdüyünü diqqətə çatdıran azərbaycanlı idmançı, çempionluq qarşılaşmasına Hariylə yanaşı, digər məşhur döyüşçü Həbib Nurmuhammədovu çağıracağını söyləyib. 

Qaracov, Türkiyə - Azərbaycan qardaşlığını da qabardıb:

"Azərbaycan - Türkiyə ayrılmazdır. Bir ananın iki övladı kimidir. Biz qardaşıq".

Digər xəbərlər