"Qəbələ" üçüncü liqa klubuna uduzdu: 4 futbolçu baxışda

"Qəbələ" üçüncü liqa klubuna uduzdu: 4 futbolçu baxışda
Futbol
16 Yanvar 2019 - 18:24
Supersport.Az-ın məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün Antalyada ilk yoxlama oyununda Almaniyanın "Meppen" klubu ilə qarşılaşıb.

Baş məşqçi Sənan Qurbanov bu matçda aşağıdakı start heyətinə şans verib: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Elvin Camalov, Rauf Əliyev, Asif Məmmədov, Cavid Hüseynov, İlqar Qurbanov, Lalavele Atakora, Bəhlul Mustafazadə, Urfan Abbasov, Sabien Lilay.

Komandalar arasında razılığa əsasən, oyun üç hissədən ibarət olub. Matçın ilk iki bölümündə qapılara qol vurulmayıb. Oyunun fasilələrində və gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. "Qırmızı-qaralar"ın heyətində Anar Nəzirov, Murad Popov, Amin Seydiyev, Rasim Ramaldanov, Rövlan Muradov, Davit Volkovi, Qismət Alıyev, Roman Hüseynov, həmçinin baxışda olan braziliyalılar Mateus Fornazari, Josiel, Vellerson da Silva və Kayo Neves meydana daxil olublar. Matçdakı bütün qollar sonuncu hissədə vurulub. Öncə almaniyalılar iki qol vurub. "Qəbələ" 119-cu dəqiqədə bu qollardan birinin əvəzini çıxıb. Komandanın heyətində baxışda olan Vellerson da Silva fərqlənib.

16 yanvar

15:30. "Qəbələ" (Azərbaycan) – "Meppen" (Almaniya) 1-2

"Qırmızı-qaralar"ın ilk sınaqçı rəqibi 1912-ci ildə yaradılıb. Eyni adlı şəhəri təmsil edən 107 yaşlı klub Almaniya çempionatının 3-cü liqasında mübarizə aparır. Ötən mövsümdə 7-ci olan meppenlilər cari çempionatda qış fasiləsinə 16-cı pillədə yollanıb.

Xatırladaq ki, "Qəbələ" Antalyada növbəti oyununu yanvarın 20-də Rusiya təmsilçisi "Yenisey"ə qarşı keçirəcək.

 

Digər xəbərlər