Eksklüziv: AFFA-nın "qara siyahısı" artır

Eksklüziv: AFFA-nın "qara siyahısı" artır
Futbol, Eksklüziv
15 Yanvar 2019 - 21:50
ELXAN MƏMMƏDOVUN ADAMI PFL RƏSMİSİNİ CƏZALANDIRIB

Azərbaycan futbolunun başında dayanan bəzi şəxslər arasında gərgin mübarizə gedir. AFFA baş katibi Elxan Məmmədov - Peşəkar Futbol Liqası prezidenti Ramin Musayev qarşıdurmasında birinci üstünlük qazanıb.

Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsinin birləşdirilməsinin ardından kadr islahatı davam edir.

Yeni qurum – Hakimlər Departamentinə rəhbər təyin olunan sabiq FİFA referisi Fritz Stuxlik peşəkarlığa xüsusi diqqət yetiriləcəyini, ciddi səhvlərə yol verənlərlə bağlı tədbir görüləcəyini bəyan edib.

Supersport.Az-ın əldə etdiyi xəbərə görə, avstriyalı futbol adamı daha bir şəxsi cəzalandırıb.

Məlumatlı mənbə əməkdaşımıza bildirib ki, Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənovun AFFA nümayəndəsi kimi fəaliyyətinə qadağa qoyulub. Buna səbəb adıçəkilən şəxsin işində verdiyi nöqsan göstərilir. Həsənovun, çempionatın son 5 turunun oyunlarına təyinat almaması cəzalandığını təsdiq edir. O, sonuncu dəfə ötən ilin 27 oktyabrında 9-cu tur çərçivəsində keçirilən "Sabah" – "Zirə" (2-1) qarşılaşmasında iş başında olub.

Xatırladaq ki, dörd ay əvvəl Xaqani Məmmədov Hakimlər Komitəsi, Əli Hüseynov Hakim-İnspektorlar Komitəsindəki sədr vəzifəsini itiriblər. X.Məmmədovla Ə.Hüseynov AFFA-dan ömürlük kənarlaşdırılıb.

Mübariz

Digər xəbərlər