Roberto Bordin: "Neftçi" "Qarabağ"ı düşünmür" - Video

Roberto Bordin: "Neftçi" "Qarabağ"ı düşünmür" - Video
Futbol, Video
13 Yanvar 2019 - 23:53
Supersport.Az çempionluq yolunda "Qarabağ"ın əsas rəqiblərindən olan "Neftçi"nin baş məşqçisi Roberto Bordinin fikirlərini videogörüntüyə alıb.

İtaliyalı mütəxəssis, öz komandası haqda düşündüyünü, zirvədə qalmaq üçün tam gücləriylə çalışacaqlarını bildirib.

"Məqsədlərimiz uğrunda mübarizə aparırıq. Kvame Karikari də bu yolda çalışan futbolçulardandır, amma indi onun və Slavko Braliçin təklifləri var. Hər ikisinin qərarını gözləyirik. Yarımmüdafiə və hücum xəttinə oyunçu axtarırıq. "Neftçi”yə gələn futbolçu komandamızın hansı məqsədlər uğrunda mübarizə apardığını anlamalıdır. Çalışacağıq ki, lazım olan transferləri edək. Daha da irəli getmək üçün komandaya fərq yarada biləcək futbolçular gətirmək istəyirik. Əvəzedici heyətdən bir neçə gənc futbolçunu cəlb etmişik. Düşünürəm ki, üç yoxlama oyunu bizə problem yaratmayacaq".

Digər xəbərlər