Şəhid Müşviq İsayevin xatirə yarışında qaliblər müəyyənləşdi

Şəhid Müşviq İsayevin xatirə yarışında qaliblər müəyyənləşdi
Güləş
13 Yanvar 2019 - 11:09
Supersport.Az-ın məlumatına görə, Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə yeniyetmələr arasında sayca 22-ci açıq ölkə yarışına yekun vurulub.



Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilərin iştirak etdikləri mübarizədə "sərbəstlər"də 178 nəfər arasında Murad Haqverdiyev (45 kq), Ramiq Heybətov (48 kq), Kənan Heybətov (51 kq), Ruslan Şıxıyev (55 kq), Əbülfəz Nəsirov (60 kq), Cəbrayıl Hacıyev (65 – hamısı Azərbaycan) qalib olublar.

79 yunan-Roma güləşçisinin rəqabətində Tornike Şaynidze (45 kq, Gürcüstan), Əli Həsənov (48 kq), Elmir Əliyev (51 kq), Nihad Məmmədli (55 kq), Nika Broladze (60 kq, Gürcüstan) və Xasay Həsənli (65 kq) birinci yeri tutublar.


Digər xəbərlər