"Sabah" Türkiyə klubuyla qarşılaşacaq

"Sabah" Türkiyə klubuyla qarşılaşacaq
Futbol
09 Yanvar 2019 - 17:13


Supersport.Az-ın məlumatına görə, Antalyanın Lara bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sabah" yanvarın 12-də toplanış çərçivəsində ilk yoxlama oyununda Türkiyənin birinci liqa təmsilçisi "Eskişehirspor"la qüvvəsini sınayacaq. Matç yerli vaxtla saat 15:30-da başlayacaq.

Xatırladaq ki, "Sabah" yanvarın 16-da Qazaxıstanın "Tobol", 19-da isə Macarıstanın "MTK Budapeşt" klubları ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulub. Rəqib barədə tezliklə məlumat veriləcək.


Digər xəbərlər