Şenol Günəşə sürpriz təklif

Şenol Günəşə sürpriz təklif
Futbol
09 Yanvar 2019 - 15:07
"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş, Qətər yığma komandasından sürpriz təklif alıb.

Supersport.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, daha əvvəl Fatih Terimə dəvət göndərən adıçəkilən ölkə bu dəfə Şenol Günəşə istəyini çatdırıb.

Ş.Günəş təklifi qəbul etsə, Qətər seçmə komandasını 2022-ci il Dünya Kubokuna hazırlayacaq.

Türk mütəxəssis bu halda ilk ildə 1.5 milyon, sonrakı iki ilin hər birində 2 milyon, 2022-ci ildə 3 milyon, ümumilikdə isə 8.5 milyon avro qazanacaq.

Qətər yığması Dünya Kubokunda uğurlu çıxış edəcəyi təqdirdə, Şenol Şünəşin gəliri çoxalacaq. Qrup səddi aşılsa, müqavilə avtomatik olaraq 2 il müddətə artırılacaq.

Xatırladaq ki, Ş,Günəş 2002-ci il dünya çempionatında Türkiyə yığmasına üçüncü yeri qazandırıb.

Digər xəbərlər