Reynaldo "Qarabağ"da məşqlərə başladı - Fotoreportaj

Reynaldo "Qarabağ"da məşqlərə başladı - Fotoreportaj
Futbol, Foto
08 Yanvar 2019 - 11:55
Antalyada qış təlim-məşq toplanışını davam etdirən "Qarabağ" hazırlığın ikinci gününü iki məşqlə başa vurub.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, günün ilk məşqi fitnes zalında keçirilib və təxminən 60 dəqiqə davam edib.
 Günün ikinci məşqi isə meydançada olub və təxminən 1 saat 10 dəqiqə davam edib. Yağışlı hava şəraitində keçən məşqdə futbolçular fiziki təmrinlərin ardından toplu çalışmaları yerinə yetirib. Yeni transfer Reynaldo Silva da komandaya qoşulub.

Digər xəbərlər