Şehiç "Qarabağ"ın düşərgəsində - Foto

Şehiç "Qarabağ"ın düşərgəsində - Foto
Futbol, Foto
08 Yanvar 2019 - 08:53
“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Ağdam klubunu ziyarət edib.

Supersport.Az xəbər verir ki, hazırda Türkiyənin “Ərzurumspor” klubunda çıxış edən bosniyalı qolkiper  Antalyada təlim-məşq toplanışı keçən  komandanın düşərgəsində olub.

O, bu barədə qolkiper sosial şəbəkədə paylaşım edib. 30 yaşlı qapıçı Rəşad Sadıqov, Ansi Aqolli və Yakub Jezniçakla şəkillərini paylaşaraq “Mənim sevimli qardaşlarım” yazıb.

Qeyd edək ki, 2013-cü ildən 2018-ci ilin mayına kimi  "Qarabağ"da çıxış edən Şehiç yayda "Ərzurumspor"a keçib.

Digər xəbərlər