"Neftçi"yə 3 rəqib

"Neftçi"yə 3 rəqib
Futbol
07 Yanvar 2019 - 17:30

Yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən oteldə məskunlaşacaq "Neftçi"nin təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib.


Supersport.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, komanda yanvarın 26-da Bolqarıstanın "Beroe" klubu ilə qarşılaşacaq.





Qeyd edək ki, "ağ-qaralar" bu gün bir araya gələrək, məşqləri bərpa edib. Ayın 13-dək Bakıda təklim-məşq toplanışı keçəcək "Neftçi" həmin gün Türkiyəyə yola düşəcək, ayın 18-də "Qaz Metan" (Mediaş, Rumıniya), 23-də isə "Slovan" (Liberes, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək.

Digər xəbərlər