"Keşlə" Vaqif Cavadovla yolları ayırdı

"Keşlə" Vaqif Cavadovla yolları ayırdı
Futbol
06 Yanvar 2019 - 14:50
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Keşlə" hücumçu Vaqif Cavadovla yolları ayırıb. Baş məşqçi Tərlan Əhmədov futbolçunun hazırlıq vəziyyətindən narazı olduğundan onu komandada görmək istəmirdi. Dünəndən məşqlərə start verən "Keşlə"nin hazırlıq prosesində Vaqif Cavadov iştirak etməyib. Bu fakt onu göstərir ki, klub futbolçunu yola salıb.

Vaqifin "Keşlə" ilə bu mövsümün sonuna qədər müqaviləsi vardı.

Digər xəbərlər