Futbol millimizə bu mütəxəssis gətirilə bilər

Futbol millimizə bu mütəxəssis gətirilə bilər
Futbol
06 Yanvar 2019 - 01:49
Supersport.Az-ın əldə etdyi məlumata görə, Azərbaycanın futbol yığmasının baş məşqçi vəzifəsinə daha bir xorvat mütəxəssis əsas namizəddir.

AFFA millimizin keçmiş çalışdırıcısı Robert Prosineçkidən kömək istəyib və bu posta İqor Tudor təklif olunub.

Bundan əvvəl Slaven Biliç namizədlər siyahısında olsa da, adıçəkilən mütəxəssis Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunda qalmağa qərar verib. Bu səbəbdən AFFA İqor Tudorla danışıqlara başlayıb.

O, futbolçu kimi "Hayduk", "Yuventus"da çıxış edib, 1998-ci ildə Xorvatiya yığmasının heyətində dünya çempionatının bürünc medalını qazanıb.

İqor Tudor bu mövsümün əvvəli "Udineze"ni tərk edib və hazırda işsizdir. 40 yaşlı mütəxəssis məşqçilik karyerasına "Hayduk"da (2013-2015) başlayıb, sonra işini PAOK-da (2015-2016) davam etdirib.

Mütəxəssis "Karabükspor"da 2016-2017-ci il mövsümündə çalışarkən  çemponatın gedişində gözlənilmədən 20-ci turda "Qalatasaray"la anlaşıb. İstanbul klubu buna görə Karabük komandasına 150 min avro ödəyib. 2017-2018-ci il mövsümünün 16-cı turunda "Malatyaspor"a 1:2 hesablı məğlubiyyətin ardından "Qalatasaray" Tudoru qovub.

 

Digər xəbərlər