"Qarabağ"ın keçmiş qolkiperi üçün 700 min avro

"Qarabağ"ın keçmiş qolkiperi üçün 700 min avro
Futbol
05 Yanvar 2019 - 19:45
"Trabzonspor" "Ərzurumspor"un qapıçısı İbrahim Şehiçi transferi etməkdə israrlıdır.

Supersport.Az Türkiyə mətbatına istinadən xəbər verir ki, Trabzon təmsilçisi "Qarabağ"ın sabiq qolkiperinə görə 700 min avro təklif edib. Klublar arasında danışıqların davam etdiyi vurğulanıb.

Ərzurum komandasının azarkeşləri və məşqçilərinin bosniyalı qapıçının ilk dövrədəki çıxışından razı qaldığı bildirilir. Qolkiper bu mövsüm 17 turun 15 oyununda 16 qol buraxıb.

Qeyd edək ki, 2013-cü ildən 2018-ci ilin mayına kimi "Qarabağ"ın uğurları üçün çalışan Şehiç yayda "Ərzurumspor"a keçib. Qolkiperin hazırkı klubu ilə müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatır.

 

Digər xəbərlər