Rəşad Sadiqov məşqçiliyi seçdi

Rəşad Sadiqov məşqçiliyi seçdi
Futbol
04 Yanvar 2019 - 18:40
Supersport.Az xəbər verir ki, ötən il futbolçu karyerasını başa vuran millimizin sabiq üzvü Rəşad Sadiqov məşqçiliyə başlayıb.

35 yaşlı veteran futbolçu "Keşlə"də çalışacaq. Klubun rəsmi saytı Sadiqovla müqavilə imzalandığını açıqlayıb. O, baş məşqçi Tərlan Əhmədovun köməkçisi kimi çalışacaq.
Qeyd edək ki, R.Sadiqov karyerası ərzində "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran" və "Qəbələ" kimi klublarda çıxış edib.

Digər xəbərlər