Halldorsson "Qarabağ"dan ayrılır: "Üç qapıçının olması lazımsızdır"

Halldorsson "Qarabağ"dan ayrılır: "Üç qapıçının olması lazımsızdır"
Futbol
04 Yanvar 2019 - 11:35
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın qapıçısı Hannes Halldorsson klubdan ayrılacağına işarə vurub.

"Müxtəlif səbəblərdən "Qarabağ"da hər şey düşündüyüm, istədiyim kimi olmadı. Bəhanə etmək istəmirəm, ancaq "Qarabağ"a getdiyim ilk ayda zədələndim. Müqavilə bağlayanda baş məşqçimiz mənə dedi ki, komandada iki qapıçısı olacaq. Lakin mən zədələndiyim üçün  daha bir qapıçı transfer edildi. İndi biz üç qapıçıyıq. Bu, həqiqətən də lazımsızdır. Heç vaxt kimin oynayacağı öncədən bilinmir. Əsas heyətdə meydana çıxmaq nadir hallarda olur. Kimin səhvi olursa, meydana çıxmır" - deyə, İslandiya millisinin üzvü bildirib.
Qolkiper, Avroliqanın qrup mərhələsində Bakıda "Sportinq"lə keçirilən görüşdə (1:6) zəif çıxış etdiyini etiraf edib:


"Mövsümə enerjili başlamışdım. Ümid etdiyim ki, çox da oynamadım. Bir neçə oyunda start heyətdə yer aldım. Ancaq "Sportinq"lə oyunda zəif çıxış etdim, 6 qol buraxdım. Həmin oyundan sonra meydana çıxmadım".

34 yaşlı qapıçı, "Fotbolti" nəşrinə açıqlamasında "Qarabağ"dan getmək niyyətini açıqlayıb:

"İndi yol ayrıcındayam. Vəziyyətə baxıram və gələcəyimi düşünürəm".

 

Digər xəbərlər