Ronaldo: "İnter"i almağa pul çatmazdı"

Ronaldo: "İnter"i almağa pul çatmazdı"
Futbol
04 Yanvar 2019 - 11:17
Supersport.Az-ın məlumatına görə, "Valyadolid"ə sahib çıxan məşhur braziliyalı futbolçu Ronaldo açıqlama verib.

"İnter" mənim qəlbimdə xüsusi yer tutur. Ancaq bu klubu almağa pulum çatmazdı. Buna görə də bu haqda ciddi düşünmədim. Çox şadam ki, keçmiş komandam indi yüksəlişdədir və fikrimcə, tezliklə azarkeşlərinə yalnız sevinc bəxş edəcək".

Məlumat üçün bildirək ki, Ronaldo ötən ilin sentyabrında 30 milyon avroya "Valyadolid"in səhmlərinin 51 fazini alıb və klub prezidenti seçilib.

Braziliya yığmasının keçmiş hücumçusu futbolçu karyerasında PSV, "Barselona", "İnter", "Real" və "Milan" klublarında çıxış edib.

Digər xəbərlər