Braziliyalı futbolçu “Monako”da

Braziliyalı futbolçu “Monako”da
Futbol
04 Yanvar 2019 - 10:54
“Monako” heyətini yeni futbolçu ilə gücləndirib.

Supersport.Az xəbər verir ki, Fransa çempionatında mübarizə aparan klub Almaniya “Şalke”sindən Naldonu heyətinə qatıb. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

36 yaşlı müdafiəçi yeni klubu ilə 2020-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm Bundesliqada 7 oyun keçirib.

Digər xəbərlər