Pep Qvardiola: "İngiltərədə hər oyun finaldır"

Pep Qvardiola: "İngiltərədə hər oyun finaldır"
Futbol
04 Yanvar 2019 - 09:49
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının lideri "Liverpul"a ilk məğlubiyyət acısını daddıran "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola fikirlərini bölüşüb.


İspaniyalı təcrübəli mütəxəssis, çempionatın hər oyununu finala bənzədib:


"Mən komandamla fəxr edirəm. Təkcə bu gün yox. Dörd gündə iki oyunda məğlub olduq. Ancaq unutmayın ki, onlar 16 ayda çox zəhmət, əziyyət çəkib. Bilirdik ki, bu gün finaldır, əgər uduzsaq hər şey bitəcək. Bu qələbə möhtəşəm futbolçuların əməyidir. Çempionlar Liqasında da məhz belə oynamalıyıq. Hər iki komanda qol vurmağın yollarını axtardı. Biz qorxmadıq, demək olar ki, üzərimizdə təzyiq də olmadı.

 

Rəqib liderdir, ancaq xal fərqini azaldıb, 4-ə endirdik. Qalib gəlməklə Premyer Liqada çempionluq mübarizəsini davam etdirmək mümkün idi. Bir daha təkrar edirəm ki, məğlub olsaq, hər şey qurtaracaqdı. İngiltərə çempionatının belə sərt, gərgin keçdiyini xatırlamıram. Çox sayda güclü komandalar titul uğrunda mübarizə aparır. Hər oyun finaldır" .

Digər xəbərlər