İbrahim Şehiç problemlə üzləşib: "Trabzonspor"a xəbər göndərdi

İbrahim Şehiç problemlə üzləşib: "Trabzonspor"a xəbər göndərdi
Futbol
03 Yanvar 2019 - 21:22


"Ərzurumspor"un qapıçısı İbrahim Şehiç "Trabzonspor"a keçmək istəyir.

Məsələ burasındadır ki, 30 yaşlı bosniya və herseqovinalı qolkiper hazırkı klubuyla problemi olduğundan narazıdır.

Supersport.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Şehiç münasib maliyyə şərtləri qarşılığında "Trabzonspor"da oynamağa hazır olduğunu bildirib.

Qaradəniz təmsilçisinin Ərzurum komandasıyla müqaviləsi olmasına rəqğmən Şehiçin transferinə müsbət yanaşır.

Bosniyalı qolkiperin adı "Trabzonspor"dan əvvəl "Qalatasaray"la çəkilirdi.

Qeyd edək ki, Şehiç ötən mövsümün sonunda "Qarabağ"dan "Əruzurumspor"a keçib.

 

Digər xəbərlər