Roberto Bordin yerində saydı - Qurban Qurbanov irəlilədi

Roberto Bordin yerində saydı - Qurban Qurbanov irəlilədi
Futbol
02 Yanvar 2019 - 15:43
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Supersport.Az-ın məlumatına görə, "Football World Ranking" saytının təqdim etdiyi son siyahısında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla bir pillə irəliləyərək 460-cı yerdədir.
"Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordin isə 123 xalla 961-ci pillədə qalıb.


Qeyd edək ki, siyahıya "Barselona"nın baş məşqçisi Ernesto Valverde (14840 xal) başçılıq edir. "Atletiko"nun əsas çalışdırıcısı Dieqo Simeone (13709 xal) ikinci, "River Pleyt”in baş məşqçisi Marselo Qallardo (13181 xal) isə 3-cüdür.

Digər xəbərlər