Pike "Andorra"nı aldı - İspaniya liqalarında oynaya bilər

Pike "Andorra"nı aldı - İspaniya liqalarında oynaya bilər
Futbol
29 Dekabr 2018 - 20:17
Supersport.Az-ın məlumatına görə, "Barselona"nın futbolçusu Jerar Pike "Andorra"nı satın alıb.

Pike klubun 300 səhmdarlarının iştirakıyla keçirilən növbədənkənar seçkidə prezident seçilib. O, səslərin 99.9 faizini toplayıb.

"Barselona"nın sabiq futbolçularından Qabriel Qarsia və Albert Jorquera "Andorra"da məşqçilik fəaliyyətini davam etdirəcək.

"Kosmos" şirkətinin sahibi Pike satın aldığı klubun 200 min avro borcunu ödəyəcək.

Andorra və İspaniya Futbol Federasiyası arasında razılığa əsasən, "Andorra" ispan liqalarında oynaya bilər. Klub Kataloniyanın 5-ci divizionunda mübarizə aparacaq. "Andorra" 1942-ci ildə qurulub.

Digər xəbərlər