"Qarabağ"da ən bahalı heyət

"Qarabağ"da ən bahalı heyət
Futbol
28 Dekabr 2018 - 19:33
Supersport.Az xəbər verir ki, Almaniyanın "Transfermarkt" portalı Azərbaycan Premyer Liqasında çıxış edən klubların heyətindəki futbolçuların son transfer qiymətlərini açıqlayıb.

Milli çempionatın ən bahalı futbolçusu Filip Ozobiçdir. "Qarabağ"ın xorvatiyalı yarımmüdafiəçisinin qiyməti 700 min avro artaraq 1,5 milyon avroya çatıb. İlk "10"da Ağdam klubunun 7 futbolçusu var. Maksim Medvedev, Simeon Slavçev və Abdullah Zubir 1,2 milyon avro qiymətlə 2-4-cü yerləri bölüşürlər. Qara Qarayev, Bədavi Hüseynov və Mahir Mədətovun qiyməti isə 1 milyon avrodur. "Qəbələ"li Stiven-Cozef Monrozun da qiyməti milyondur və o, 8-ci yerdə qərarlaşıb. Baqali Dabo "(Neftçi") 9-cu, Kiril Petrov ("Neftçi") 10-cudur.


"Qarabağ" ən bahalı heyətə sahibdir - 15,75 milyon avro. "Neftçi" 2-ci (9,25 milyon avro), "Qəbələ" 3-cüdür (7,43 milyon avro).

Digər xəbərlər