Üçqat çempion Eldəniz Əzizli: "Olimpiya çempionluğu üçün daha çox çalışmalıyam" - Video

Üçqat çempion Eldəniz Əzizli: "Olimpiya çempionluğu üçün daha çox çalışmalıyam" - Video
Digər, Eksklüziv, Ulduz, Güləş, Video
27 Dekabr 2018 - 21:14
Supersport.Az-a açıqlamasında yunan-Roma güləşi üzrə Avropa, ikiqat dünya çempionu Eldəniz Əzizli iddialı danışıb.


"Bu il əsas məqsəd Avropa və dünya çempionu olmaq idi. Klublararası dünya çempionatını fikirləşmirdik. Allah düşünmədiyimiz qələbəni də nəsib etdi. Şükürlər olsun ki, hədəfimə çatdım. Ancaq bununla iş bitmir. Bizi qarşıda 4 ilin ən mötəbər yarışı - olimpiada gözləyir. Bunun üçün ilk nöbvədə yığma üzvləri lisenziya qazanmalı, sonra qızıl medal uğrunda mübarizə aparmalıdır. Güləş idmanımızın flaqmanıdır. 2012-ci il London Olimipadasında ölkəmizin 10 mükafatından 7-sini pəhləvanlar qazandı. Rioda da ən çox pəhləvanlar uğurlu nəticə əldə etdi. Ümid edirəm ki, Tokio Yay Olimpiya Oyunlarında da güləşçilərimiz fərqlənəcək" - deyə, tanınmış pəhləvan bildirib.

27 yaşlı idmançı, "ulduz xəstəliyi"nə tutulacaq yaş dövrünü geridə qoyduğunu, qəti arxayınlaşmadığını söyləyib.

Üçqat çempion hələ ki, Tokio Olimpiadasına hazır olmadığını diqqətə çatdırıb:

"Olimpiadaya indi tam hazır deyiləm. İndi bərpa dövrdür. Oyunlara xüsusi proqram, daha çox və əzmlə çalışmaq lazımdır".

Titullu güləşçi, çəki dəyişməyin problem törədəcəyini, bunun öhdəsindən gəlməyə çalışacağını qeyd edib.

Çempion, sağlam tənqidi normal qarşıladıqlarını, təhqirin qəbuledilməz olduğunu vurğulayıb.

 

Digər xəbərlər