Gənclər və İdman Nazirliyi fərqlənənləri mükafatlandırdı - Video

Gənclər və İdman Nazirliyi fərqlənənləri mükafatlandırdı - Video
Digər, Video, Foto
26 Dekabr 2018 - 23:13
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına həsr olunmuş tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra 2018-ci il ərzində idmançılarımızın qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.

Supersport.Az saytı xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək 2018-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu, il ərzində federasiyalarla birlikdə ölkəmizdə 225 yerli, 58 beynəlxalq turnir keçirildiyini bildirib. Bundan başqa, 236 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub. Hesabat ilində Azərbaycan idmançıları dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında və beynəlxalq turnirlərdə 753 medal qazanıblar. Medallardan 263-ü qızıl, 230-u gümüş, 260-ı bürüncdür.

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında idmançılarımız 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb və idmançılarımızın cari ildəki çıxışlarını müsbət qiymətləndirib və Tokio Olimpiadasına yüksək səviyyədə hazırlaşmağın vacibliyini qeyd edib.

Sonra müxtəlif nominasiyalar üzrə 2018-ci ilin ən yaxşıları mükafatlandırılıb.




İlin ən yaxşı hakimləri

– Vaqif Hüseynağa oğlu Əliyev (həndbol)
– Anar Tofiq oğlu Babanlı (boks)
– Vahid Əlış oğlu Nəzərov (ağır atletika)

İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə

– Gimnastika Federasiyası
– Cüdo Federasiyası
– Velosiped Federasiyası

İlin ən yaxşı federasiyası


– Güləş Federasiyası

İlin yekunlarına görə ilin ən yaxşı komandası


– Qızlardan ibarət stolüstü tennis üzrə yığma komanda

İlin yekunlarına görə ən yaxşı idman həkimi


– Aytəkin Sahib qızı Rüstəmova (İdman həkimi nəzarəti şöbəsinin
müdiri)

İlin ən fəal veteranı


-Elmira Petrovna Safonina (qılınc oynatma, veteran)

İlin ən yaxşı idman qurguları

– Abşeron Olimpiya İdman Kompleksi
– Göygöl Olimpiya İdman Kompleksi

Bədən tərbiyəsi və idman sahəsi üzrə ilin elm adamı


Dilqəm Qasım oğlu Quliyev (ADBTİA- elmlər doktoru)

İlin ən yaxşi idman verlişlərinin jurnalisti (təşkilatçisi)


– Namiq MirRəşid oğlu Abbasov (ARB24 kanali)

İlin ən yaxşi ldman televiziya verlişləri kanalı


– "Xəzər" TV

İlin ən yaxşi idman agentliyi


– Rekord.az

İlin ən yaxşı televiziya verilişləri layihəsi


– "Bol idman" (İctimai TV)

Fəxri diplom


– Şahin Qaçay oğlu Mahmudov
– Fariz Abdulla oğlu Nəcəfov (“Qəbələ” Klubu)
– Rafiq Hüseyn oğlu Rəhimov (veteran güləşçi)
– Nadir İsa oğlu Əzizov (Kikboksinq Federasiyası)
– Elşən Qara oğlu Abbasov (Kikboksinq Federasiyası)

2018-ci ilin yekunlarına görə ilin ən yaxşı komandası: Azərbaycan milli olimpiya komandası


Yeniyetmələrin 3-cü yay olimpiya oyunlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə

1. Yelizaveta Luzan (bədii gimnastika) – I yer
2. Vüqar Talıbov (cüdo) – I yer
3. Turan Bayramov (sərbəst güləş) – I yer
4. Tarmerxan Babayev (ağırlıqqaldırma) – II yer
5. Cavad Ağayev (taekvondo) – III yer
6. Şahanə Nəzərova (qadın güləşi) – III yer
7. Nurlan Səfərov (boks) – III yer

Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 2018-ci ilin yekunlarına əsasən, təsis etdiyi mükafatlar:


Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi: Rövnəq Abdullayev
Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı: Orxan Qoca
Ədalətli oyun prinsiplərinə sadiq hakim: Emin Şaxtaxtinski
Ədalətli oyun prinsiplərinə sadiq məşqçi: Mariana Vasilyeva
Ədalətli oyun prinsiplərinə sadiq idmançı: Eldəniz Əzizli
Ədalətli oyun prinsiplərinə sadiq səfir: Fərid Mansurov

İlin ən yaxşı idmançıları


1. Eldəniz Əzizli (yunan-Roma güləşi) – Dünya və Avropa çempionu
2. Bayram Mustafayev (paracüdo) – Dünya çempionu
3. Hidayət Heydərov (cüdo) – Dünya və Avropa çempionatının mükafatçısı
4. Cəbrayıl Həsənov (sərbəst güləş) – Dünya və Avropa mükafatçısı
5. Mariya Stadnik (güləş) – Avropa çempionu və dünya mükafatçısı
6. Mixail Malkin (tamblinq) – Avropa çempionu
7. Pərviz Həsənov (dama) – Gözdən əlillər arasında dünya və Avropa çempionu
8. Şəhriyar Məmmədyarov (şahmat) – Dünya reytinqində 3-cü yerin sahibi
9. Elxan Əliyev (kikboksinq) – Avropa çempionatının mükafatçısı
10. Rafael Ağayev (karate) – dünya çempionatının mükafatçısı və Avropa çempionu

Aliyə Alkova, Rakif Əliyev, Zöhrə Əskərova, Səmayə Məmmədova və Elşən Şirinov dövlət qulluğundakı səmərəli fəaliyyətlərinə görə Azərbaycan respublikası prezidentinin sərəncamı ilə təltif ediliblər.

Digər xəbərlər