"Qarabağ" Çempionlar Liqası tarixinə düşdü

"Qarabağ" Çempionlar Liqası tarixinə düşdü
Futbol
24 Dekabr 2018 - 23:37
UEFA Çempionlar Liqasının 63 illik tarixində çıxış etmiş bütün klubların reytinq cədvəlini açıqlayıb.

Supersport.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, siyahıda "Qarabağ" da yer alıb. Reytinqdə ümumilikdə 513 komanda yer alıb.

ÇL-in 63 illik tarixi ərzində 4-ü təsnifat, 1-i isə qrup mərhələsi olmaqla, ümumilikdə 5 dəfə qitənin bir nömrəli klub turnirində mübarizə aparan Azərbaycan təmsilçisi 33 xalla 100-cü pillədə qərarlaşıb.


Çempionlar Liqasında 30 oyun keçirən "Qarabağ" bu matçların 11-də qələbə qazanıb, 11-də heç-heçə edib, 8 görüşdə isə məğlub olub.

Azərbaycanın digər klubları - "Neftçi" 167-ci, "Bakı" 265-ci, "Keşlə" 290-cı, "Şəmkir" 389-cu, "Kəpəz" 390-cı, "Xəzər Lənkəran" isə 415-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 590 xalla "Real Madrid" başçılıq edir. "Bayern" (461 xal) ikinci, İspaniyanın digər klubu "Barselona" isə (427 xal) 3-cü yerdədir.

Digər xəbərlər