Eksklüziv: AFFA tənqiddən nəticə çıxara bilər: klubların sayını artırmaq planı

Eksklüziv: AFFA tənqiddən nəticə çıxara bilər: klubların sayını artırmaq planı
Futbol, Eksklüziv
24 Dekabr 2018 - 15:23
Azərbaycan futbolunun vəziyyəti ağırdır. Premyer Liqada klubların sayının azlığı bu sahənin inkişafına ciddi problem törədir. Vaxtilə ilk milli çempionatda 26 komanda iştirak etdiyi halda, indi 8 kollektiv yarışır. Ölkədaxili turnir demək olar ki, paytaxt birinciliyinə çevrilib. Çempionatda iştirakçı komandaların az olması əksər klubların Avrokuboklar, həmçinin yığma komandaların mötəbər turnirlərdə bərbad çıxış etməsinə səbəb olub.

Supersport.Az-a daxil olan xəbərə görə, əsas tənqid hədəfində olan AFFA rəhbərliyi yeni mövsümdən Premyer Liqa komandalarının sayını artırmaq məcburiyyətində qalıb.

Qurum, iştirakçı klubları 12 və ya 14-ə çatdırmaq istəyindədir. Məlumatlı mənbədən müxbirimizə bildirilib ki, bu mövsümün sonu Premyer Liqada son yeri tutan komanda elitada saxlanıla bilər. Yüksək liqaya birinci divizionda mübarizə aparan MOİK, "Zaqatala", "Turan Tovuz" və "Kəpəz"in gətiriləcəyi haqda xəbər verilib.

Bundan başqa, birinci liqanın qalibinin, həmçinin "Xəzər Lənkəran"ın əsas komandasının bərpa olunaraq Premyer Liqaya qayıdışı gözlənilir.

 

 

Digər xəbərlər