Ronaldo məhkəmə qarşısına çıxacaq

Ronaldo məhkəmə qarşısına çıxacaq
Futbol
23 Dekabr 2018 - 19:26
"Yuventus"un hücumçusu Kriştiano Ronaldonun vergidən yayınması işi üzrə məhkəmə iclası yanvarın 21-də İspaniyada keçiriləcək.

Supersport.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, Ronaldonun günahını etiraf edəcəyi və İspaniyanın vergi orqanları ilə bundan əvvəl bağladığı müqaviləyə əsasən iki il şərti cəza alacağı gözlənilir. Bundan başqa, futbolçu 19 milyon avro həcmində cərimə ödəyəcək.

Kriştiano Ronaldo 2011-ci ildən 2014-cü ilədək olan dövrdə 14,7 milyon avro vergi fırıldaqçılığında ittiham edilib. Portuqaliyalı futbolçu, gəlirlərini gizlətmək məqsədilə saxta şirkətlərdən istifadə etməkdə günahlandırılır Bununla yanaşı, ittiham Ronaldonun əməkhaqqına aid deyil və yalnız imic hüquqlarının istifadəsindən gələn gəlirlərə şamil olunur.

2009-cu ildən "Real Madrid"də çıxış edən Kriştiano Ronaldo 2018-ci ilin iyulunda Turinin "Yuventus" klubuna keçib.

Digər xəbərlər