"Yuventus"dan 408 milyonluq müqavilə

"Yuventus"dan 408 milyonluq müqavilə
Futbol
22 Dekabr 2018 - 21:01
Supersport.Az-ın məlumatına görə, "Yuventus" "Adidas"la fantastik məbləğdə sponsor müqaviləsi imzalayıb. Kontrakt 2027-ci ilə qədər artırılıb. Səkkiz il ərzində İtaliya klubu 408 milyon avro gəlir əldə edəcək. Yeni müqavilə 2019-2020-ci il mövsümündən qüvvəyə minəcək.

"Adidas" dekabrn 31-dək "Yuve"yə 15 milyon avro ödəyəcək.

İtaliya mətbuatı Turin komandasının hər mövsüm 51 milyon qazanacağını qeyd edib.

Digər xəbərlər