"Neftçi"nin hazırlıq planı

"Neftçi"nin hazırlıq planı
Futbol
21 Dekabr 2018 - 23:34
Ölkə kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la cavab oyunundan sonra "Neftçi" istirahətə buraxılıb.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda üzvləri gələn il yanvarın 6-da bir araya gələcək. Ayın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək "ağ-qaralar” həmin gün Türkiyəyə yola düşəcək.

Xatırladaq ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq "Neftçi" ayın 18-də "Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə "Slovan” (Liberes, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək. Ayın 26-dakı rəqibin adı isə açıqlanmayıb.

Digər xəbərlər