Yarımfinal: "Qarabağ" - "Qəbələ", "Zirə" - "Sumqayıt"

Yarımfinal: "Qarabağ" - "Qəbələ", "Zirə" - "Sumqayıt"
Futbol
20 Dekabr 2018 - 21:00
Bu gün ölkə kubokunda 1/4 final mərhələsi başa çatıb.

Supersport.Az-ın məlumatına görə, keçiriləcək iki oyunla yarımfinala yüksələcək növbəti cütlük məlum olub.

Premyer Liqanın debütantı "Sabah" "Əlincə Arena"da "Qəbələ"ni qəbul edib. Çempionatda zəif çıxış edən Qəbələ təmsilçisi ilk oyunda olduğu kimi cavab görüşündə də eyni hesabla qələbə qazanıb - 1:0. Bununla da "Qəbələ" yarımfinala yüksəlib.

Günün digər oyununda isə "Qarabağ" "Keşlə"nin qonağıdır. İlk oyunda 1:0 hesabı ilə qalib gələn Ağdam klubu cütün favoriti hesab olunurdu. Cavab görüşü qollu heç-heçəylə bitib.

Ötən gün iki cavab oyunundan sonra "Zirə" və "Sumqayıt" adını yarımfinala yazdırıb.

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

19:00. “Keşlə” – “Qarabağ” - 1:1


Qol: Amil Yunanov 29 - Markos Madera 50

İlk oyun: 0:1


Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
“ASK Arena”

16:00. “Sabah” – “Qəbələ” - 0:1


Qol:Ceyms Adeniyi, 80

Qırmızı vərəqə: Erik Ramos, 84 ("Sabah")

İlk oyun: 0:1


Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Əlincə Arena”

19 dekabr


“Sumqayıt” – “Neftçi” - 0:1
İlk oyun: 2:0

16:00. “Səbail” – “Zirə” -2:3
İlk oyun: 0:1


1/2 finalda qarşılaşacaqlar:

"Sumqayıt" - "Zirə"

"Qəbələ" - "Qarabağ"

Azərbaycan Kubokunun 23 aprel-1 may tarixdə keçiriləcək yarımfinal qarşılaşmalarında “Qəbələ” “Qarabağ”la, “Sumqayıt”  isə  “Zirə” ilə görüşəcək.

Digər xəbərlər