MY yeni baş məşqçisini açıqladı

MY yeni baş məşqçisini açıqladı
Futbol
19 Dekabr 2018 - 15:26
İngiltərənin “Mançester Yunayted” klubunun yeni baş məşqçisinin adı məlum olub.

Supersport.Az xəbər verir ki, “qırmızı şeytanlar”ın “sükan”ı norveçli Ole-Qunnar Sulşerə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

45 yaşlı mütəxəssis mövsümün sonuna qədər “Mançester Yunayted”i çalışdıracaq.

“Mançester Yunayted”də dünən baş məşqçi Joze Mourinyo istefaya göndərilmişdi.

Sulşer məşqçi karyerası ərzində “Mançester Yunayted”in əvəzedici heyətində, “Kardiff Siti” və Norveçin “Molde” klubunda çalışıb. Onun rəhbərliyi altında Noreç təmsilçisi 2 dəfə ölkə çempionu, 1 dəfə isə kubokun qalibi olub.

Digər xəbərlər