Reynaldodan "Qarabağ"la müqavilə: "Yeni uğurlar qazanmağa gəlmişəm"

Reynaldodan "Qarabağ"la müqavilə: "Yeni uğurlar qazanmağa gəlmişəm"
Futbol
19 Dekabr 2018 - 11:11
Reynaldo Silvanın "Qarabağ"a keçidi rəsmiləşib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Reynaldo “Qarabağ”a qayıdışı haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

“Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbirsizliklə “Qarabağ” forması ilə yenidən meydana çıxmağımı gözləyirəm. Yaxşı formada olmaq üçün əlimdən gələni edəcəyəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, “Qarabağ” camiəsi mənim üçün çox doğmadır. Komandaya fayda verməyə və “Qarabağ”la yeni uğurlar qazanmağa gəlmişəm”.

Qeyd edək ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. Fevraldan "Aktobe"də oynayan 29 yaşlı futbolçunun Qazaxıstan təmsilçisi ilə müqaviləsinin müddəti bu ay başa çatmışdı.

Digər xəbərlər