Qurban Qurbanovun mükafatı, vədi - Video

Qurban Qurbanovun mükafatı, vədi - Video
Maqazin, Futbol, Video
18 Dekabr 2018 - 19:40
Supersport.Az ilin futbol məşqçisi seçilən "Qarabağ"ın əsas çalışdırıcısı Qurban Qurbanovun mükafatlandırılmasından videogörüntü hazırlayıb.

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda 59 mətbuat orqanından (1-i müstəqil jurnalist) 63 jurnalist iştirak edib. 49 səs toplayan Qurban Qurbanov 9-cu dəfə ilin ən yaxşı məşqçisi seçilib. 46 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb.

Qurban Qurbanov 2018-ci ildə "Qarabağ"a ardıcıl 5-ci dəfə Azərbaycan çempionluğunu qazandırıb. Bundan başqa, komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Bu il Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil edən yeganə klub "Qarabağ" olub. Bu da Qurbanovun ilin məşqçisi seçilməsində həlledici amillərdən biridir.

Qurban Qurbanova ilin məşqçisi mükafatı tədbirdə təqdim olunub. Qalibə mükafatı komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.

"Qarabağ"ın baş məşqçisi bu adın məsuliyyəti daha da artırdığını və uğurlu nəticələrin davamlı qazanmağın vacibliyini bildirib. Təcrübəli mütəxəssis Avrokuboklarda iştirak edəcək klubların qrupa düşməsinin mühüm olduğunu vurğulayıb.


 

Digər xəbərlər