AGF rəhbərliyi sərbəst güləş məşqçiləri üçün seminar keçirib

AGF rəhbərliyi sərbəst güləş məşqçiləri üçün seminar keçirib
Digər, Güləş
18 Dekabr 2018 - 19:04
Dekabrın 19-20-də Bakı İdman Sarayında sərbəst güləşçilər Azərbaycan çempionatında mübarizə aparacaq.

Supersport.Az xəbər verir ki, bu gün Bakı İdman Sarayının iclas zalında Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi sərbəst güləş üzrə məşqçilərin iştirakıyla seminar keçirib. Tədbirdə AGF-nin baş katibi Orxan Məmmədov, AGF-nin sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov və AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev mütəxəssislərlə söhbət edib, onlara Dünya Güləş Birliyinin (UWW) qaydaları başa salınıb, yarış zamanı nizam-intizam meyarlarına ciddi riayət etmələri tapşırılıb.

Digər xəbərlər