"Neftçi"nin məğlubiyyəti, "Zirə", "Qəbələ", "Qarabağ"ın qələbəsi

"Neftçi"nin məğlubiyyəti, "Zirə", "Qəbələ", "Qarabağ"ın qələbəsi
Futbol
16 Dekabr 2018 - 20:51
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Dünən ilk oyun günündə iki görüş keçirilib.

"Zirə" öz meydanında "Səbail"i qəbul edib və minimal hesabla qalib gəlib - 1:0.

Günün digər oyununda isə Azərbaycan Premyer Liqasının lideri "Neftçi" doğma meydanda "Sumqayıt"la qarşılaşıb. Bakılılar evdə "kimyaçılar"a məğlub olub - 0:2.

Mərhələnin ilk oyunlarına bu gün yekun vurulub.

"Qəbələ" "Sabah"ı rəqib komandanın futbolçusunun qolu hesabına məğlub edib.

"Qarabağ" "Keşlə"ni sınağa çəkib. Altıqat ölkə çempionu qələbə qazanıb.

Komandalar arasında cavab matçı dekabrın 19-da və 20-də oynanılacaq.

15 dekabr (şənbə)
Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

16 dekabr (bazar)

14:00. “Qəbələ” – “Sabah” 1-0


Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

19:00. “Qarabağ” – “Keşlə”


Qol: Rahil Məmmədov65

Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

19:00. “Neftçi” – “Sumqayıt” - 0:2


Qollar: Əli Babayev, 28-pen, Şəhriyar Əliyev, 45+4

Qırmızı vərəqə: Anton Krivotsyuk, 88 ("Neftçi")

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov
Bakcell Arena.

17:00. “Zirə” – “Səbail” - 1:0


Qol: İlkin Muradov, 45

Reallaşdırılmayan penalti: Mirsahib Abbasov, 79 ("Zirə") - qapıçı

Qırmızı vərəqə:  Tome Kitanovski, 33 ("Səbail")

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu
Dalğa Arena.

 

Digər xəbərlər