Qurban Qurbanov erməni fanatı qorxaq adlandırdı - Şəkillər

Qurban Qurbanov erməni fanatı qorxaq adlandırdı - Şəkillər
Futbol, Foto
14 Dekabr 2018 - 09:41


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın qrup mərhələsinin sonuncu turunda "Arsenal"la oyunun artırma dəqiqələrində baş vermiş insidentə münasibət bildirib.

Supersport.Az-ın klubun saytına istinadən yaydıı xəbərə görə, 46 yaşlı mütəxəssis azarkeşlərdən birinin meydana əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq çıxması ilə bağlı deyib:
"Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bunu edən adam qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".




Digər xəbərlər