"İntellektual Kubok"un qalibi İTV komandası oldu - Video

"İntellektual Kubok"un qalibi İTV komandası oldu - Video
Futbol, Video
11 Dekabr 2018 - 20:44

Supersport.Az dekabrın 10-da media nümayəndələri arasında 2019-cu il mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa həsr olunmuş "İntellektual Kubok"dan videogörüntü təqdim edir.


Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə jurnalistlərlə yanaşı futbol klubların mətbuat xidmətində çalışan əməkdaşlar da iştirak edib.


"İntellektual Kubok"da 13 komanda mübarizə aparıb. Üç saata yaxın davam edən yarışda iştirakçılara Avropa Liqasının tarixi, maraqlı qarşılaşmalar və tanınmış futbolçularla bağlı müxtəlif suallar ünvanlanıb.



"İntellektual Kubok"un hər turunda püşkatma nəticəsində seçilmiş 2 komanda bir-birinə qarşı yarışıb. İki komanda arasında keçirilmiş müsabiqədə daha çox xal toplamış komanda həmin turda qalib elan edilib.

Gərgin mübarizə şəraitində keçən turnirin sonunda İctimai Televiziyanı təmsil edən eyniadlı komanda 34 xalla digər rəqiblərini qabaqlayaraq "İntellektual Kubok"un qalibi olub. "CBC Sport-2" ikinci, "Penyarol" üçüncü yeri tutub.

Təşkilatçılar qalib komandaya dəyərli hədiyyələr təqdim ediblər.



Digər xəbərlər