“Neftçi”nin seriyası qırıldı

“Neftçi”nin seriyası qırıldı
Futbol
11 Dekabr 2018 - 12:24
Azərbaycan Premyer Liqasının lideri “Neftçi” mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib.

Supersport.Az xəbər verir ki, əvvəlki 13 oyunda rəqib qapılarına yol tapan paytaxt təmsilçisi “Sumqayıt”la matçda qol vura bilməyib - 0:0. Bununla da bakılıların 21 oyunluq seriyası qırılıb.

“Neftçi” ötən mövsümün son 8 oyununda da qol sevinci yaşamışdı.

Paytaxt təmsilçisi sonuncu dəfə ötən mövsümün martın 14-də “Qarabağ”la evdə keçirilən görüşdə qolsuz qalmışdı. Həmin oyun da 0:0 hesabı ilə başa çatmışdı. Bakılılar bu 21 matçda ümumilikdə 41 qol vurub.

Digər xəbərlər