Premyer Liqada 5-ci avtoqol

Premyer Liqada 5-ci avtoqol
Futbol
11 Dekabr 2018 - 12:19
Premyer Liqanın cari mövsümündə 5-ci avtoqol qeydə alınıb.

Supersport.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu dəfə “Zirə”nin futbolçusu İlkin Qırtımov topu öz qapısından keçirib. O, XIV turun “Qarabağ”la ev oyununda (0:6) uğursuzluq yaşayıb. Avtoqollardan ikisi İlkinin komanda yoldaşı Adil Nağıyevin passivindədir. O, “Keşlə” və “Sumqayıt”la goruşlərdə “fərqlənib”. “Zirə”nin üzvlərinin üç avtoqolundan başqa “Qarabağ” və “Sumqayıt”ın oyunçuları da öz qapısına qol vurub.

Sonuncuların qapıçısı Mehdi Cənnətov “Keşlə”, “Qarabağ”lı Abbas Hüseynov “Neftçi” ilə görüşdə rəqibini sevindirən qolu vurub.

Digər xəbərlər