Reynaldo yenidən “Qarabağ”da

Reynaldo yenidən “Qarabağ”da
Futbol
10 Dekabr 2018 - 10:23
“Qarabağ” qış transfer çalışmalarına başlayıb.

Supersport.Az saytı "qol.az"saytına istinadla xəbər verir ki, Ağdam klubu sabiq futbolçusu Reynaldo Silvanı heyətinə cəlb edir.
Braziliyalı hücumçu artıq Bakıya dəvət olunub. Burada onunla müqavilənin şərtləri razılaşdırılacaq və sözləşmə imzalanacaq. Baş məşqçi Qurban Qurbanov da futbolçunun keçidinə razılıq verib.

Əldə etdiyimiz digər məlumata görə, son beş mövsümün çempionu Reynaldo ilə hücumçu transferini yekunlaşdırmaq niyyətində deyil. "Qarabağ" bir mərkəz hücumçusu ilə də güclənmək istəyir. Hazırda xarici ölkələrin birində çıxış edən əcnəbi hücumçunun klubu ilə danışıqlar gedir.

Qeyd edək ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. Fevraldan "Aktobe"də oynayan Reynaldonun Qazaxıstan təmsilçisi ilə müqaviləsinin müddəti bugünlərdə başa çatıb və o, hazırda azad agentdir.

Digər xəbərlər