Valentina Şevçenko UFC çempionu olub

Valentina Şevçenko UFC çempionu olub
Digər, UFC
09 Dekabr 2018 - 10:09
Qırğızıstanlı Valentina Şevçenko yüngül çəkidə polyak Yohanna Yendjeyçiki məğlub edərək ilk dəfə Mütləq Döyüş Çempionatının (UFC) qadınlar üzrə çempionu olub.

Supersport.Az xəbər verir ki, UFC 231 turniri çərçivəsində döyüş Toronto şəhərində baş tutub.

Döyüş 5 raund davam edib. Şevçenko hakimlərin yekdil qərarı ilə qalib elan edilib.

Bu Şevçenkonun 16-cı qələbəsidir. O, 3 döyüşdə uduzub. Yohanna Yendjeyçik isə 18 döyüşdə 3-cü dəfə məğlub olub.

Digər xəbərlər