"Heç vaxt bu qədər çox qol vurmamışdım" - Anton Krivotsyuk

"Heç vaxt bu qədər çox qol vurmamışdım" - Anton Krivotsyuk
Futbol
06 Dekabr 2018 - 16:10
Cinah müdafiəçisi Anton Krivotsyuk “Neftçi”nin rəsmi saytına müsahibə verib.

Supersport.Az xəbər verir ki, “Sumqayıt”la oyuna hazırlıqla bağlı danışan 21 yaşadək millimizin futbolçusu Yeni ili ailəsi ilə birlikdə keçirmək istədiyini bildirib.

– “Sumqayıt”la oyuna hazırlıq necə keçir?

– Digər oyunlara olduğu kimi, “Sumqayıt”la matça da hazırlıq tam sürətlə davam edir.

– Artıq qış çempionusunuz...

– Bəli. Amma qış çempionu olmaq daha çox o baxımdan əhəmiyyətlidir ki, mənə və komanda yoldaşlarıma təzyiq azalır.

– Bu mövsüm artıq iki dəfə rəqib qapılarından top keçirmisiniz...

– Bəli. Heç vaxt bu qədər çox qol vurmamışdım... (gülür)

– Hiss edirsiniz ki, oyununuzu daha da yaxşılaşdırmısınız?

– Hələlik hiss etmirəm. Deməli, az çalışmışam. Daha da çox işləmək lazımdır.

– Növbəti rəqib “Sumqayıt” haqda nə deyə bilərsiniz?

– Bu komanda hələ nəyə qadir olduğunu göstərməyib. “Sumqayıt” oyundan-oyuna daha da inamlı çıxış edir.

– Yeni ili harada keçirmək istəyirsiniz?

– “Sumqayıt”la oyunu başa vuraq, sonra bu haqda düşünmək olar. Yeni il ərəfəsində həmişə bayram əhval-ruhiyyəsində oluram. Bayramı harada qeyd edəcəyimi hələ bilmirəm. Amma bir şey dəqiqdir ki, Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm.

Digər xəbərlər