Modriç Messiylə Ronaldonu geridə qoydu - Şəkillər

Modriç Messiylə Ronaldonu geridə qoydu - Şəkillər
Futbol
04 Dekabr 2018 - 15:38
2018 Ballon d'Or'un sahibi belli oldu


Supersport.Az-ın məlumatına görə, FIFA və "France Football" jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının sahibinin adını açıqlayıb.

Bu mükafata Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç layiq görülüb. O, səsvermə nəticəsində "Atletiko Madrid" klubunun hücumçusu Antuan Qrizmanı, "Çelsi" komandasının əsas qol silahı sayılan Edən Hazardı və Kriştiano Ronaldonu ("Real Madrid"- "Yuventus") qabaqlayıb.

Mərasimdə, həmçinin FIFA tərəfindən bu il ilk dəfə olaraq ən yaxşı gənc (20 yaşa qədər) və qadın futbolçuya da mükafatlar təqdim edilib.

Ən gənc kişi futbolçusu nominasiyasında qalib Fransanın PSJ komandasının hücumçusu Kilyan Mbappe olub.

Qeyd edək ki, "France Football" jurnalı 1956-cı ildən etibarən ilin ən yaxşı futbolçusunu təltif edir. Bu mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub. Kriştiano Ronaldo və Lionel Messi mükafatı ən çox qazanan futbolçulardır. Onlar hərəyə beş dəfə "Qızıl top"a sahib olublar.

Digər xəbərlər