"Qarabağ" qisası "Keşlə"dən aldı

"Qarabağ" qisası "Keşlə"dən aldı
Futbol
03 Dekabr 2018 - 20:54
Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub.

Supersport.Az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında "Qəbələ" və "Zirə" komandaları üz-üzə gəlib. Görüşdə qapılara qol vurulmayıb.

Turun son oyunu isə paytaxtda olacaq. Son vaxtlar uğursuzluq zolağında olan "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Keşlə"yə 5:1 hesablı dərs keçib.

Turun ilk iki oyunu şənbə günü keçirilib.

3 dekabr (bazar ertəsi)
Azərbaycan Premyer Liqası, 13-cü  tur


19:00. "Qarabağ" – "Keşlə" 5-1 


Qollar: Mahir Mədətov 6, 53, 78, Filip Ozobiç 50, Abdullah Zubir 55 - Slavik Alxasov,21


Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Tofiq Bəhramov adına Respublika stadionu13:00. "Qəbələ" – "Zirə" - 0:0

Qırmızı vərəqə: Bilal Həmdi, 61 ("Zirə")


Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu

1 dekabr (şənbə )

"Sumqayıt" – "Səbail" - 1:0


Qol: Atilla Yıldırım, 60

"Sabah" – "Neftçi" - 1:2


Qollar: Marko Deviç, 76-pen - Anton Krivotsyuk 21, Mirabdulla Abbasov 39.

Qırmızı vərəqələr: Tural Axundov, 33 ("Neftçi"), Vanderson, 70 (“Sabah”), Baqali Dabo, 83 ("Neftçi")

Digər xəbərlər