Sambo olimpiya proqramına daxil edilir

Sambo olimpiya proqramına daxil edilir
Digər, Sambo
01 Dekabr 2018 - 00:02
Sambo idman növü Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən müvəqqəti olaraq tanınıb. Bu barədə TASS agentliyinə Beynəlxalq Sambo Federasiyasında (FIAS) məlumat verilib.

Supersport.Az xəbər verir ki, bu qərar BOK-un İcraiyyə Komitəsinin Tokioda keçirilən iclasında qəbul olunub. FIAS-ın prezidenti Vasili Şestakov bununla bağlı deyib: “Bu gün dünyanın bütün samboçularının arzusu yerinə yetib – sambo idman növü kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən müvəqqəti olaraq tanınıb”.

 

Digər xəbərlər