“Qəbələ” “Herta”ya uduzdu, mübarizəni dayandırdı

“Qəbələ” “Herta”ya uduzdu, mübarizəni dayandırdı
Futbol
28 Noyabr 2018 - 21:16
“Qəbələ”nin U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti matçına çıxıb.

Supersport.Az xəbər verir ki, “qırmızı-qaralar” Çempionlar yolunun 2-ci mərhələsinin cavab matçında Almaniyanın “Herta” klubunun müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşıb.

Doğma meydandakı ilk oyunda 1:3 hesabıyla məğlub olmuş Emin İmaməliyevin baş məşqçisi olduğu komanda bu rəqibi ilə Berlindəki “Vurfplats” stadionunda üz-üzə gəlib. "Qəbələ" növbəti mərhələyə yüksəlmək üçün mütləq qələbə qazanmalı idi. Lakin ilk yarıda penaltidən qol buraxan Azərbaycan təmsilçisi dönüş edə bilməyib və minimal hesabla uduzaraq mübarizəni dayandırıb.

UEFA Gənclər Liqası
Çempionlar yolu, 2-ci mərhələ, cavab oyunu

28 noyabr

Herta - Qəbələ 1:0
Qol: M.Kiprit, 24-pen.
Hakimlər: Ferens Karako, Tibor Çatari, Norbert Bornemissa (hamısı Macarıstan), Lasse Koslovski (Almaniya).
Berlin. “Vurfplats” stadionu.
İlk oyun – 3:1.

Digər xəbərlər