"Sportinq"in "Qarabağ" üçün heyəti

"Sportinq"in "Qarabağ" üçün heyəti
Futbol
27 Noyabr 2018 - 17:27


Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Sportinq" Bakıya 19 futbolçuyla gələcək.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanın niderlandlı baş məşqçisi Marsel Keyzerin sifariş ərizəsinə daxil etdiyi futbolçulardan 3-ü qapıçıdır.

Qapıçılar: Romen Salen, Renan Ribeyro, Dioqo Souza

Müdafiəçilər: Sebastyan Koates, Cefferson Moreyra, Andre Pinto, Tyaqo Calo, Bruno Qaspar, Tyerri Korreya

Yarımmüdafiəçilər: Bruno Fernandeş, Vendel, Radoslav Petroviç, Nemanya Qudel, Miqel Luiş

Hücumçular: Nani, Karlos Mane, Abdulay Diabi, Bas Dost, Jovane Kabral

Xatırladaq ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" oyunu saat 21:55-də start götürəcək.


Digər xəbərlər